“Şəfa” yeni mövsümə hazırlıq planını açıqlayıb

8 İyun 2026 19:41
122
“Şəfa” yeni mövsümə hazırlıq planını açıqlayıb

“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib.

İdman.Biz bildirir ki, bu barədə Azərbaycan Premyer Liqası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Zaur Həşimovun rəhbərlik etdiyi komanda iyulun 2-də Bakıda toplaşacaq. Hazırlığın ilk mərhələsi paytaxtda keçiriləcək. İyulun 20-də isə “Şəfa” Qəbələyə yollanacaq.

Hazırlığın ikinci mərhələsi avqustun 9-dək burada davam edəcək. Komanda yeni mövsümə hazırlıq çərçivəsində bir neçə yoxlama oyunu da keçirəcək.

Qarşılaşmaların tarixi və məkanı hələlik məlum deyil.

İdman.Biz