“Sabah” Antalyada Ukrayna klubu ilə görüşəcək

Xəbərlər
10 Yanvar 2024 15:42
183
“Sabah” Antalyada Ukrayna klubu ilə görüşəcək

Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan “Sabah”ın növbəti rəqibi müəyyənləşib.

İdman.biz xəbər verir ki, Bakı klubu “Vorskla” ilə qarşılaşacaq.

Bu, Murad Musayevin yetirmələrinin Antalyadakı ikinci sınağı olacaq. Ukrayna təmsilçisi ilə görüş yanvarın 14-də keçiriləcək.

Qeyd edək ki, “Sabah” dünən keçirilən ilk yoxlama oyununda Rumıniya “Rapid”inə 2:1 hesabı ilə qalib gəlib.

İdman.biz

Məqalədə: