“Neftçi”nin yarımmüdafiəçi Rəhman Hacıyevin İdman.bizə müsahibəsi
- Türkiyədə təlim-məşq toplanışı necə gedir?
- Məşqlərimiz yaxşı keçir. Hər şey yüksək səviyyədədir. Komandamızın əhval-ruhiyyəsi də yaxşıdır.
- İlk yoxlama görüşündə “Erzurumspor” məğlub olduz. Hesabı sən açsan da, ardını gətirə bilmədiz. Üstünlüyü qoruya bilməməyinizi nə ilə əlaqələndirərdiz?
- Məğlubiyyətimizin əsas səbəbi odur ki, oyundan öncə cəmi bir məşq keçmişdik. İkincisi isə artıq yorğun idik, oyuna tam şəkildə hazır deyildik və futbolçularımızın hamısı matçda iştirak etmirdi.
- Sizcə komandanın stabil oynaması üçün nə çatmır?
- Yeni futbolçularımız gələcək, belə olduğu halda da rəqabət artacaq. Əlbəttə ki, yekunda inkişaf daha çox olacaq.
- Yeni baş məşqçiniz Miodraq Bojoviçi necə dəyərləndirərdiz? “Neftçi”yə uğur qazandıra biləcəkmi?
- Yeni baş məşqçi ilə artıq 5 gündür ki, birlikdə çalışırıq. Yaxşı insandır. Məşqləri də yaxşı şəkildə keçir. Ancaq təbii ki, bizdən istədiyi müəyyən şeylər olacaq. Biz də üzərimizə düşən vəzifəni canla-başla yerinə yetirməyə çalışacağıq. Zamanımız azdır, amma hər şey öz əlimizdədir.
- Mövsümün yekununda siz hansı yer qane edəcək və ya bundan sonra hədəfiniz nə olacaq?
- Hədəfimiz çempionluq və kuboka sahib olmaqdır. Şansımız az da olsa, var. Sadəcə istəmək və çalışmaq lazımdır
Banuçiçək Hüseynli
İdman.biz