Hacıağa Hacılı “Sabah”a qarşı matçda meydana çıxa bilməyəcək

12 May 2026 19:17
133
Hacıağa Hacılı “Sabah”a qarşı matçda meydana çıxa bilməyəcək

“Zirə” Azərbaycan Kubokunun “Sabah”la final qarşılaşmasına Hacıağa Hacılının zədəsi səbəbindən itki ilə çıxacaq.

İdman.Biz xəbər verir ki, bu barədə “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov final matçından öncə baş tutan mətbuat konfransında məlumat verib.

O, futbolçunun bu günkü məşqdə əzələsini dartdığını söyləyib.

“Futbolçu bu gün məşq zamanı zədə aldı. Düşünürəm ki, bu, bir az da Premyer Liqada “İmişli”yə qarşı keçirilən oyunla bağlı idi. Həmin vaxt Quba Olimpiya İdman Kompleksinin stadionu yaxşı vəziyyətdə deyildi. Futbolçular çox güc sərf edirdilər. Hacıağa bizim üçün önəmli futbolçudur. Sabahkı matçda start heyətində də olmasa, onu sonradan meydana buraxmağı düşünürdüm”, - Sadıqov deyib.

Qeyd edək ki, “Sabah” – “Zirə” görüşü mayın 13-də, saat 20:00-da “Palms Sports Arena”da start götürəcək.

İdman.Biz