“Zirə” Azərbaycan Kubolunun finalında hansı komandaya qarşı mübarizə aparacağını bilir.
İdman.Biz xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Sabah”a qarşı keçirəcəkləri Azərbaycan Kubokunun final oyunundan əvvəl mətbuat konfransında deyib.
Mütəxəssis azarkeşləri sabahkı matçda maraqlı qarşılaşmanın gözlədiyini bildirib.
“Sabah bizi çox önəmli oyun gözləyir. Düşünürəm ki, oyuna yaxşı hazırlaşa bildik. Sabah 40 günün tamamında 9-cu matçımızı keçirəcəyik. Hər biri də bir-birindən gərgin qarşılaşmalar olub. Müəyyən yorğunluğumuz var. Sabah ilk dəqiqələrdən üzərimizdə olan həyəcanı atıb mövsümün ən yaxşı oyunlarından birini keçirməyə çalışacağıq.
Qarşımızda ciddi rəqib var. Bu ilin çempionu, baxımlı futbol oynayan, yaxşı futbolçu və məşqçi heyətinə malik olan komandadır. Sabah bizi nə sınaq gözlədiyini başa düşürük”, - Sadıqov bildirib.
Qeyd edək ki, “Sabah” – “Zirə” görüşü mayın 13-də, saat 20:00-da “Palms Sports Arena”da start götürəcək.
