Vaqif Sadıqov: “Ertuğrul Sağlamla danışıq olmayıb, bu, menecerlərin oyunudur”

Müsahibə
7 Yanvar 2024 10:48
654
Vaqif Sadıqov: “Ertuğrul Sağlamla danışıq olmayıb, bu, menecerlərin oyunudur”

“AFFA tərəfindən heç bir məşqçi ilə danışıqlar aparılmayıb”.

Bunu İdman.bizə AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov deyib.

Xüsusi İşçi Qrupunun üzvünü sözlərinə görə, indiyədək keçirdikləri iclasların heç birində hansısa baş məşqçinin adı belə çəkilməyib. O bildirib ki, türkiyəli çalışdırıcı Ertuğrul Sağlamla da AFFA-dan rəsmi danışıq olmayıb, bu, menecerlərin oyunudur: “Son iclasda həm yerli, həm də əcnəbi məşqçi ilə bağlı müəyyən müzakirələrin aparılması barədə qərar alınıb. Ola bilər ki, növbəti toplantılarda hansısa məşqçinin adı hallansın. Ancaq indiki durumda heç bir məşqçi barədə fikir mübadiləsi aparılmayıb. Belə olduğu halda, necə ola bilər ki, hansısa məşqçiyə təklif göndərilsin? Təbii ki, proses belə olmur. Son qərar İcraiyyə Komitəsi tərəfindən veriləcək. İndi hansısa menecerlər düşüb ortalığa nəsə iş görmək istəyir. Ona görə də futbolumuz bu vəziyyətdədir. Biz bu gün hansısa qərarı ölçüb-biçib verməliyik ki, düz yola çıxaq və istədiyimiz nəticəyə nail olaq”.

Qeyd edək ki, "Kocaelispor"un baş məşqçisi olan Ertuğrul Sağlam “X” hesabında 2 həftə əvvəl Azərbaycan millisindən təklif aldığını, lakin qəbul etmədiyini bildirib.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: