“Sabah”ın baş məşqçisi uşaqlıq illərini yad etdi - FOTO

28 Aprel 2026 16:39
163
“Sabah”ın baş məşqçisi uşaqlıq illərini yad etdi - FOTO

“Sabah” futbol klubunun baş məşqçisi Valdas Dambrauskas Litvada vaxtilə təhsil aldığı “Zemynos” məktəbində azyaşlıların qonağı olub.

İdman.Biz xəbər verir ki, bu barədə “Sabah” Futbol Klubu məlumat yayıb.

Bildirilib ki, mütəxəssis onlayn şəkildə şagirdlərlə görüşə qoşularaq, onlara xoş sürpriz edib.

Məşqçi məktəbdə keçirdiyi uşaqlıq illərindən danışıb, ardıcıl zəhmətin şagird arzularını necə peşəkar futbolçu reallığına çevirdiyini izah edib. O, uşaqlara özlərinə daha çox inanmağı, səhv etməkdən çəkinməməyi, daim inkişaf etməyə çalışmağı, məqsədləri uğrunda sona kimi mübarizə aparmağı və xəyallarının ardınca getmələrinin vacibliyini xüsusi vurğulayıb.

İdman.Biz