“Neftçi”nin məşqçilər heyəti açıqlanıb

Xəbərlər
5 Yanvar 2024 15:58
618
“Neftçi”nin məşqçilər heyəti açıqlanıb

"Neftçi"nin yeni məşqçilər heyəti müəyyənləşib.

Bu barədə idman.bizə klubun mətbuat xidmətindən məlumat verilib.

Baş məşqçi Miodraq Bojoviç köməkçiləri dəqiqləşib. Onun köməkçiləri Saşa Petrovic, Sənan Qurbanov və Dejan Mrvalyeviç olacaqlar.

Dejan İliç fiziki hazırlıq üzrə məşqçi təyin edilib. Qapçıların hazırlığı üzrə məşqçi isə Emil Babayev olacaq.

Qeyd edək ki, "Neftçi" ötən ilin sonunda baş məşqçi Adrian Mutunu istefaya göndərib və onun yerinə Bojoviçi təyin edib.

İdman.biz

Məqalədə: