Qurban Qurbanovun müəllimi: “Təcrübə baxımından bu gün özüm də ondan öyrənirəm” - VİDEO

13 Aprel 2026 13:56
191
Qurban Qurbanovun müəllimi: “Təcrübə baxımından bu gün özüm də ondan öyrənirəm” - VİDEO

Bu gün 54 yaşı tamam olan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun müəllimi Şaban Şirdanov onun haqqında danışıb.

İdman.Biz xəbər verir ki, “ASAN TV”yə açıqlama verən məşqçi bu gün tələbəsindən öyrəndiyini bildirib.

“Onun ilk məşqçisi olmaq mənim üçün qürurvericidir. Qurban Qurbanovun futbolda yer almasının əsas səbəbkarı kimi qardaşı Musa Qurbanovu göstərmək olar. O, balaca qardaşını komandaya gətirdi və mən Qurbanı tanıdım. O, ilk oyununa sol cinah müdafiəçisi kimi çıxdı və 16 yaşında matçın ən yaxşısı oldu. Növbəti matçlardan hücumçu kimi oynamağa başladı. Qurbana verdiyim ən yaxşı şey futbolu ona daha çox sevdirməyim olub. Futbolda olan bütün mütəxəssislərin bu gün Qurbandan nəyisə öyrənməyə ehtiyacı var. Hamı ona “hoca” deyir, amma o məni ilk məşqçisi kimi görür. Təcrübə baxımından bu gün özüm də ondan öyrənirəm”, - deyə o söyləyib.

Qeyd edək ki, Qurban Qurbanov peşəkar karyerasına 1990-cı ildə başlayıb. Həmin vaxt Şaban Şirdanov klubun baş məşqçisi olub.

İdman.Biz