"Difai" klubunun təqdimat mərasimi keçirilib

Xəbərlər
30 Avqust 2023 16:57
149
"Difai" klubunun təqdimat mərasimi keçirilib

Bu gün Bakıda yerləşən hotellərin birindən "Difai" futbol klubunun təqdimat mərasimi keçirilib.

İdman.biz saytı xəbər verir ki, tədbir Azərbaycan himni ilə başlayıb, daha sonra Azərbaycan Respublikasının bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhuna 1 dəqiqəlik sükutla anılıb.

Tədbirin açılış nitqini "Difai"nin prezidenti Asəf Məlikov söyləyib. O, klub haqqında məlumat verərək, klubun loqosunun türkçülüyə və şəhidlərimizə həsr edildiyini dilə gətirib.

Gənclər və İdman Nazirliyinin aparat rəhbəri Amil Xudiyev çıxış edərək, kluba uğurlar arzulayıb.

Daha sonra söz PFL-in vitse-prezidenti Aslan Şahgəldiyevə verilib. PFL rəsmisi kluba uğurlar arzulayıb, "Difai"nin gördüyü işləri yüksək qiymətləndirib.

Sonda klubun himnini Azərbaycan Respublikasının "Əməkdar artist"i Elşən Rüstəmov səsləndirib.

İdman.biz