Region Liqası klubları üçün xüsusi dövr iclası keçirilib - FOTO

7 Aprel 2026 21:48
134
Region Liqası klubları üçün xüsusi dövr iclası keçirilib

Bu gün AFFA-nın Lisenziya və Qeydiyyat Departamenti tərəfindən “RL-II L” lisenziya növünə müraciət edən və AFFA Region Liqasının 1/4 final mərhələsinə yüksələn klublar üçün 2026/2027-ci illər mövsümünün lisenziyalaşdırma prosesi üzrə xüsusi dövr iclası keçirilib.

İdman.Biz bildirir ki, AFFA Təhsil və Reabilitasiya Mərkəzində təşkil olunan tədbirdə baş katibin müavini Elçin Məmmədov, Lisenziya və Qeydiyyat Departamentinin rəhbəri Seymur Səlimli çıxış edərək klublara lisenziyalaşdırma mövsümündə uğurlar arzulayıblar.

İclas zamanı iştirakçı klublara lisenziyalaşdırma qaydaları, qeydiyyat prosesləri, tələb olunan sənədlər, eləcə də klublar tərəfindən atılacaq növbəti addımlar haqqında ətraflı məlumat verilib.

Sonda iştirakçıların sualları cavablandırılıb və praktiki izahlar təqdim olunub.

İdman.Biz