Premyer Liqanın “Əjdaha” futbolçuları

Xəbərlər
31 Dekabr 2023 11:23
507
Premyer Liqanın “Əjdaha” futbolçuları

Qarşıdan gələn 2024-cü il Şərq təqvimində Əjdaha ili kimi tanınır.

İdman.biz xəbər verir ki, bu nəhəng canlının təcəssüm etdiyi illərdə anadan olan 19 futbolçu Azərbaycan Premyer Liqasında mövsümün ilk yarısında iştirak edib.

Bu oyunçulardan biri gələn il 36, digərləri 24 yaşını qeyd edəcək. Üçüncü dəfə əjdaha ilini görəcək veteran Vurğun Hüseynovdur.

Premyer Liqa klublarından 8-nin heyətində əjdaha ilində anadan olan futbolçu var. “Kəpəz”, “Sabah” və “Zirə”də belə oyunçular daha çoxdur – hərəsində 4 futbolçu. Yalnız iki klubda “əjdaha” yoxdur. Bunlar “Turan Tovuz”la “Səbail””dir.

“Kəpəz” – 4
Elmir Tağıyev
Vurğun Hüseynov
Şakir Seyidov
Vüsal Məsimov
“Sabah” – 4
Jarl Marqarita
Nicat Mehbalıyev
Vinsent Til
Kahim Parris
“Zirə” – 4
Filipe Paxtman
Rüstəm Əhmədzadə
Tiaqo Silva
Pərviz Azadov
“Qəbələ” – 3
Gilad Abramov
Kristof Assimba-Atanqana
Rauf Hüseynll
“Araz-Naxçıvan” - 1
Elçin Mustafayev
“Neftçi” – 1
Yeqor Boqomolski
“Qarabağ” – 1
Elvin Cəfərquliyev
“Sumqayıt” – 1
Kamran Quliyev

İdman.biz