“Turan Tovuz”un yetirməsi milliyə dəvət olunub

17 Mart 2026 13:18
89
“Turan Tovuz”un yetirməsi milliyə dəvət olunub

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası martın 17-dən 20-dək Milli Komandaların Təlim-Məşq Mərkəzində hazırlıq keçəcək.

İdman.Biz xəbər verir ki, komanda Avropa çempionatının seçmə mərhələsinin ikinci raundunun oyunlarında iştirak etmək üçün martın 21-də Bolqarıstanın Plovdiv şəhərinə yola düşəcək.

B Liqasının ikinci qrupunda yer alan U-17 millimiz bu mərhələdə Bolqarıstan, Litva və Malta yığmaları ilə qarşılaşacaq.

Bakıdakı təlim-məşq toplanışı üçün milliyə dəvət olunan futbolçular arasında “Turan Tovuz”un üzvü Əli Kiçibəyov da yer alıb.

İdman.Biz