“Qarabağ” əzəli və əbədi ərazimiz – Xankəndi azad olunduqdan sonra şəhər stadionunda MOİK-lə keçirilən ilk oyununa özəl hazırlanmış məhdud sayda sertifikatlı formaları satışa çıxarıb.
Bu barədə İdman.bizə Ağdam klubundan məlumat verilib.
Bildirilib ki, tarixi qarşılaşmanın əzəmətini və qürurunu özündə əks etdirən futbol geyimini komandanın fanşopundan almaq olar. Özəl qablaşdırmalı və sertifikatlı geyim cəmi 100 ədəddir.
Qeyd edək ki, “Qarabağ” dekabrın 21-də Azərbaycan kubokunun 1/8 finalı çərçivəsində MOİK-ə 1:0 hesabı ilə qalib gəlib.
İdman.biz