“Şimal” heyətini yeni futbolçu ilə gücləndirib

5 Mart 2026 10:09
116
“Şimal” heyətini yeni futbolçu ilə gücləndirib

Azərbaycan Birinci Liqasında mübarizə aparan Xaçmaz təmsilçisi “Şimal” heyətini yeni futbolçu ilə gücləndirib.

İdman.Biz xəbər verir ki, bu barədə “Şimal” Futbol Klubu məlumat yayıb.

Bildirilib ki, klub kot-d'ivuarlı 21 yaşlı hücumçu Qla Anj Donaldı transfer edib.

Tərəflər arasında mövsümün sonunadək qüvvədə olacaq müqavilə imzalanıb.

Qla Anj Donald karyerası ərzində Moldovanın “Saksan” klubunda, eləcə də Azərbaycanda “Mingəçevir”in formasını geyinib. Yeni transfer “Şimal”da 7 nömrəli formanı geyinəcək.

İdman.Biz