“Vacib nəticədir. Oyun əlavə vaxta gedə bilərdi”.
İdman.Biz bildirir ki, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Bizon Azərbaycan Kubokubun 1/4 final mərhələsinin “Şamaxı” ilə cavab görüşündən sonra deyib.
Oyun 3:1 hesabı ilə “Qarabağ”ın xeyrinə qurtarıb. İki oyunun nəticəsinə əsasən Ağdam klubu yarımfinala yüksəlib.
“İkinci hissədə oyunu tam ələ almışdıq. Bəzən səhvlərimiz olurdu. Qələbə çox vacib idi. Futbolçular düzgün oynamağa çalışdılar. Bir az yorğunluq hiss olunurdu. Qarşıdakı günlərdə yavaş-yavaş özlərinə gələcəklər.
İlboyu sıx qrafikdə oyunlar keçirmək asan deyil. Hazırda elə bir vəziyyətdəyik ki sakit olmağa vaxt yoxdur. Hər matç ötdükcə tələblər də artır. Bizim məqsədlərimiz daim yüksəkdədir. Bu futbol həyatının normal gedişatıdır. Bəzi futbolçular bu gərginliyin ortasında gücdən düşmüş kimi görsənir. Biz bunu maksimum dərəcədə aradan qaldırmağa çalışırıq”, - Qurbanov bildirib.
