Ayxan Abbasov: “Penaltini yerinə yetirə bilsəydik…”

4 Mart 2026 21:59
99
Ayxan Abbasov: “Penaltini yerinə yetirə bilsəydik…”

“Üzücü məğlubiyyət oldu. İlk oyunda qalib gəlsək də, bilirdik ki, bizi çətin cavab görüşü gözləyir”.

İdman.Biz bildirir ki, bu sözləri “Şamaxı” klubunun baş məşqçisi Ayxan Abbasov Bizon Azərbaycan Kubokubun 1/4 final mərhələsinin “Qarabağ”la cavab görüşündən sonra deyib.

Oyun 3:1 hesabı ilə “Qarabağ”ın xeyrinə qurtarıb. İki oyunun nəticəsinə əsasən Ağdam klubu yarımfinala yüksəlib.

“İlk 10 dəqiqə bizim üçün yaxşı olmadı. 10-cu dəqiqədən sonra həm qol vurduq, həm də qol epizodlarımız oldu. İkinci hissədə rəqibin təzyiqini gözləyirdik. Müdafiə planında səhvlər etdik. Buna baxmayaraq uşaqlar sona qədər vuruşdular. Sonuncu dəqiqədə penaltini yerinə yetirə bilsəydik, bəlkə əlavə vaxtda şanslarımız olardı. Dörd gündən bir oynamaq öz sözünü deyir. Premyer Liqanın 3-cü dövrəsinə hazırlaşacağıq. Kubok bizim üçün bitdi”, - Abbasov bildirib.

İdman.Biz