“Şəfa” futbol klubunun rəhbərliyində gözlənilməz istefa

4 Mart 2026 21:29
109
“Şəfa” futbol klubunun rəhbərliyində gözlənilməz istefa

“Şəfa” futbol klubunun rəhbərliyində gözlənilməz istefa baş verib.

İdman.Biz-in “Qafqazinfo”ya istinadən məlumatına görə, klubun prezidenti Sərdar Salmanzadə vəzifəsindən gedib.

“Səbəb odur ki strategiya və fikir ayrılığı mövcuddur. “Şəfa” futbol klubuna uğurlar arzu edirəm, orada mənə əziz insanlar çalışır. Özüm isə fəaliyyətimi, Allahın köməyi ilə, daha miqyaslı layihələr ilə davam edəcəyəm”, - Salmanzadə deyib.

Qeyd edək ki, “Şəfa” 36 xalla hazırda I Liqada turnir cədvəlinə liderlik edir.

İdman.Biz