"Sumqayıt" Rumıniya və Özbəkistan klubları ilə oynayacaq

Xəbərlər
27 Dekabr 2023 17:28
115
"Sumqayıt" Rumıniya və Özbəkistan klubları ilə oynayacaq

"Sumqayıt"ın Antalya toplanışı çərçivəsində yoxlama oyunları keçirəcəyi rəqiblərin adı dəqiqləşib.

Klubdan İdman.bizə verilən məlumata görə, “Gənclik şəhəri” təmsilçisi gələn il yanvarın 12-də Rumıniyanın "Hermanştadt" klubu ilə üz-üzə gələcək.

Samir Abasovun komanda 4 gün sonra isə Özbəkistan "Soqdiana"sını sınağa çəkəcək.

Qeyd edək ki, "Sumqayıt" mövsümün ikinci yarısı üçün hazırlıqlarını yanvarın 6-17-də Türkiyənin Antalya şəhərində keçirəcək.

İdman.biz

Məqalədə: