“Qarabağ”ın rəqibi braziliyalı futbolçu transfer edir

Xəbərlər
27 Dekabr 2023 11:03
202
“Qarabağ”ın rəqibi braziliyalı futbolçu transfer edir

“Qarabağ”ın Avropa Liqasının 1/8 final mərhələsində rəqibi olan “Braqa” heyətini gücləndirəcək.

İdman.biz xəbər verir ki, portuqaliyalılar braziliyalı futbolçu Rikelmeni rənglərinə bağlamağı planlaşdırır.

“Braqa” “Kuyaba”nın 20 yaşlı müdafiəçisinə artıq rəsmi təklif göndərib. Braziliya A Seriyası təmsilçisinin prezidenti Alesandro Dreş bildirib ki, “Qarabağ”ın rəqibi Rikelmeyə 4 milyon avro ödəməyə hazırdır: “Amma bu məbləğ azdır. Futbolçumuzla yerli “Korintians” da maraqlanır”.

Qeyd edək ki, “Qarabağ”la “Braqa” arasında ilk oyun fevralın 15-də səfərdə, cavab qarşılaşması isə 1 həftə sonra Bakıda keçiriləcək.

Emin Ağa

İdman.biz