“Lokomotiv”: İzidorun yerinə Emreli

Xəbərlər
29 Avqust 2023 19:38
“Lokomotiv”: İzidorun yerinə Emreli

Mahir Emreli karyerasını Rusiyada davam etdirə bilər.

İdman.biz saytının məlumatına görə, Moskva "Lokomotiv"i yığmamızın üzvü ilə maraqlanır.

Hər şey "Lokomotiv"in hücumçusu Vilson İzidorun gələcəyindən asılıdır. Fransada "Marsel"lə danışıqlar aparan forvard bu gün Moskvaya dönüb. Yaxın bir neçə saat ərzində transferin reallaşması gözlənilir. Əgər bu keçid baş tutarsa Rusiya klubu Mahirə təklif göndərəcək. Artıq qonşu ölkə mətbuatında "dəmiryolçular"ın Emreli ilə maraqlandığı təsdiqlənib.

Qeyd edək ki, Zaqreb "Dinamo"sunda çıxış edən Mahirin komanda ilə 2027-ci ilədək müqaviləsi var.

İdman.biz