"İmişli" Rafael Vieqaşı yenidən sıralarına qatdı

11 Sentyabr 2026 00:43
106
"İmişli" Rafael Vieqaşı yenidən sıralarına qatdı

"İmişli" heyətini yeni futbolçu ilə gücləndirib.

İdman.Biz xəbər verir ki, Rafael Vieqaş yenidən komandanın sıralarına qayıdıb.

Futbolçu ilə cari mövsümün sonuna qədər müqavilə imzalanıb.

Rafael Vieqaş karyerası ərzində Portuqaliyanın "San-Joau Ver", "Vilaverdense", "Felqeyraş", "Salgueyruş", "Şaveş", "Vizela" və "Agueda", Çexiyanın "1 Znoymo", həmçinin Braziliyanın "Real-DF" komandalarının formasını geyinib.

Qeyd edək ki, Vieqaş ötən mövsüm də "İmişli"nin heyətində çıxış edib. O, 31 oyuna çıxıb və 1 qol vurub.

İdman.Biz