Qazaxıstanın “Aktobe” futbol klubu “Neftçi”nin kamerunlu hücumçusu Vensan Abubakarı transfer etməyi düşünmür.
İdman.Biz-in məlumatına görə, Qazaxıstan mediası əvvəllər “qırmızı-ağlar”ın 34 yaşlı hücumçuya maraq göstərdiyini bildirmişdi. Lakin klub hücum xəttini gücləndirmək üçün Abubakarı bir seçim kimi nəzərdən keçirmədiyini açıqlayıb.
Buna görə də oyunçu Azərbaycanda oynamağa davam edəcək. Abubakar “Neftçi”də on oyunda dörd qol vurub.
Hücumçu əvvəllər “Valensiya”, “Loryan”, “Porto”, “Beşiktaş”, “Hatayspor” və Kriştianu Ronaldunun komanda yoldaşı olaraq “Əl-Nəsr” klublarında oynayıb.
