Qarlı matçda zədələnən Mateuş Koxalski “Nyukasl”la oyunu buraxacaq? - Klubdan İDMAN.BİZ-ə AÇIQLAMA

16 Fevral 2026 17:06
137
Qarlı matçda zədələnən Mateuş Koxalski “Nyukasl”la oyunu buraxacaq? - Klubdan İDMAN.BİZ-ə AÇIQLAMA

Misli Premyer Liqasının 19-cu turunda “Şamaxı” ilə keçirilən matç zamanı “Qarabağ”ın qapıçısı Mateuş Koxalski qar və şürüşkən stadion səbəbindən zədələnib. Çempionlar Liqasının pley-off mərhələsinin fevralın 18-də Bakıda keçiriləcək “Qarabağ” - “Nyukasl Yunayted” oyunu öncəsi futbolçunun heyətə qatılıb-qatılmayacağı hələ sual altındadır.

“Qarabağ” klubunun mətbuat xidmətindən İdman.Biz-ə bildirilib ki, polşalı futbolçu hazırda komandanın həkim briqadasının nəzarəti altında müalicə prosesini davam etdirir.

“Tibbi heyət futbolçunun sağlamlığının tam bərpa olunması üçün müvafiq prosedurları həyata keçirir. Komanda həkimləri onun UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində “Nyukasl Yunayted” klubuna qarşı Bakıda keçiriləcək qarşılaşmaya qədər hazır vəziyyətə gətirilməsi üçün səylərini davam etdirirlər”, - deyə məlumatda bildirilib.

İdman.Biz