Şahin Diniyev: “Hansı komanda qol vursaydı, qalib gələcəkdi”

Xəbərlər
23 Dekabr 2023 21:46
122
Şahin Diniyev: “Hansı komanda qol vursaydı, qalib gələcəkdi”

“Oyunun ədalətli nəticəsi heç-heçə idi. Uduzmamalı idik”.

İdman.biz xəbər verir ki, bunu “Səbail”in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının XVIII turunda “Sumqayıt”a məğlubiyyətdən sonra deyib.

Təcrübəli mütəxəssis 0:1 hesabı ilə yekunlaşan qarşılaşmadan sonra bir qolun oyunun taleyinin həll etmə ehtimalının yüksək olduğunu bildirib: “Hansı komanda qol vursaydı, qalib gələcəkdi. "Sumqayıt"ın qələbəsini kiçiltmirəm, vuruşdular. Premyer Liqa səviyyəsində yaxşı oyun oldu. Sadəcə, kreativ oyunçularımızın az olması, oyunun tempini qaldıra bilməməyimizə də səbəb oldu. Qələbəni qəbul ediriksə, məğlubiyyəti də etməliyik. Üzülmürük. Çünki düzgün yoldayıq”.

Şahin Diniyev məğlubiyyətə baxmayaraq, komandasının oyunundan razı qalıb. O, heyətin güclənməsinin vacibliyini qeyd edib: “Birdən-birə altı nəfərin olmaması böyük faciədir. Nə oyunu dəyişmək olur, nə də gücləndirmək. Dominant futbol oynadıq. Sadəcə, bəxtsizliyə görə uduzduq. Elə oyunlar olub ki, layiq olmasaq da, qalib gəlmişik. 18-ci tur olsa da, komandamızda güc var idi. "Sumqayıt"ı təbrik edirəm. Matç həm onlar, həm də bizim üçün vacib idi. Mütləq güclənəcəyik. Güclənəcəyik deyəndə ki, həm Ağabala Ramazanov, həm də David Qomis mövsümü başa vurub. Onların yerini doldurmaq üçün belə addım atacağıq. "Səbail" düzgün yoldadır, komandanın xarakteri var”.

Qeyd edək ki, “Səbail” 18 oyundan sonra 26 xal toplayıb.

İdman.biz