Tovuzda oyun təxirə salınıb, "Səbail" 3-cü pilləni “Sumqayıt”a təhvil verib - VİDEO

Xəbərlər
23 Dekabr 2023 20:22
217
Tovuzda oyun təxirə salınıb, "Səbail" 3-cü pilləni “Sumqayıt”a təhvil verib - VİDEO

Bu gün Azərbaycan Premyer Liqasının XVIII turunun iki oyunu baş tutub.

İdman.biz xəbər verir ki, “Araz-Naxçıvan” Tovuza, “Səbail” Sumqayıta səfər edib.

“Turan Tovuz” - “Araz-Naxçıvan” matçı yarımçıq dayandırılıb. Meydan sahibəri 2:1 öndə olarkən işıq dirəyi aşıb və komandalar 81-ci dəqiqədə meydanı tərk ediblər. Peşəkar Futbol Liqasının qərarına əsasən, oyun sabah dayardırıldığı dəqiqədən davam etdiriləcək. Matçın start fiti 12:00-da veriləcək.

Liderlər qrupunda yer alan “Səbail” “Sumqayıt”a uduzub. Komandalar arasında ilk dövrədə keçirilən oyunda böyükhesablı qələbə qazanan Samir Abbasovun yetirmələri doğma azarkeşlər qarşısında da 3 xala sahib çıxıblar. Oyunun taleyini həll edən yeganə qolu qonaq komandanın futbolçusu öz qapısından keçirib. Revanş ala bilməyən paytaxt klubu 3-cü pilləni "Sumqayıt"a təhvil verib.

Qeyd edək ki, turun açılış matçında “Qəbələ” “Sabah”ı (1:0) məğlub edib. II dövrəyə dekabrın 24-də “Neftçi” - “Kəpəz”, “Zirə” - “Qarabağ” qarşılaşmaları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
XVIII tur
23 dekabr (şənbə)
16:00. “Turan Tovuz” – “Araz-Naxçıvan” - 2:1
Qollar:
Xəyal Nəcəfov, 5, Bruno Qonçalves, 16 - İsmail Azzaui, 58 (p.)
Baş hakim: Rəvan Həmzəzadə
"Turan Tovuz": 85. Kamal Bayramov (k), 2. Sertan Taşkın, 10. Xəyal Nəcəfov, 77. Fərid Nəbiyev, 99. Veysəl Rzayev, 5. Roderik Miller, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 80. Otto Con
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 18. Budaq Nəsirov, 60. Səbayıl Bağırov, 70. Məzahir Məmmədzadə, 9. Belajdi Pusi, 11. Ayxan Quseynov, 79. Martin Petkov
Baş məşqçi: Ayxan Abbasov
"Araz-Naxçıvan": 12. Kristian Avram, 6. Vadim Abdullayev, 39. Tural Bayramlı, 3. Turan Manafov, 2. Abdulla Rzayev, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 8. İsmail Azzaui, 27. Numan Kurdiç (k)
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 10. Orxan Əliyev, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 5. Nihad Qurbanlı, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando, 9. Elvis Maşike, 42. Kadiri Mohammed
Baş məşqçi: Azər Bağırov
Tovuz şəhər stadionu

18:30. “Sumqayıt” – “Səbail” - 1:0
Qol:
Adi Mehremiç, 71 (öz qapısına)
Baş hakim: Rəşad Əhmədov
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 12. Abu Dosso, 10. Kamran Aliev, 9. Erik Sorqa, 71. Masaki Murata
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 35. Sənan Muradlı, 11. Kasimir Ninqa, 58. Oktavio Manteka, 60. Tresor Mossi
Baş məşqçi: Samir Abasov
“Səbail”: 1. Səlahət Ağayev, 5. Adil Nağıyev (k), 74. Yusif Nəbiyev, 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 90. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 21. Anas Najah, 44. Yadin Luqasi
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 9. Amil Yunanov, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 19. Samir Abdullayev, 38. Zeynəddin Abdurahmanov, 34. Taleh Qarayev, 16. Emin Rüstəmov, 48. Ayaz Mikayılov
Baş məşqçi: Şahin Diniyev
Kapital Bank Arena

1

Qarabağ

17

11

2

3

44-14

38

2

Zirə

17

8

5

4

13-9

29

3

Sumqayıt

18

7

6

5

19-23

27

4

Səbail

18

7

5

6

26-27

26

5

Araz-Naxçıvan

17

7

5

5

19-16

26

6

Neftçi

17

7

4

6

19-16

25

7

Sabah

18

6

4

8

25-22

22

8

Turan Tovuz

17

5

4

8

26-27

19

9

Kəpəz

17

3

5

9

11-27

14

10

Qəbələ

18

4

2

12

12-32

14

Bombardirlər: Olavio Juninyo ("Qarabağ") - 12 qol, Aleksandr Ramalinqom ("Səbail") - 7, Leandro Andrade ("Qarabağ"), Otto Con ("Turan Tovuz") – hər ikisi 6 qol

İdman.biz