“Qarabağ”a şad xəbər: “Braqa”nın bombardiri “Ştutqart” yolunda

Xəbərlər
22 Dekabr 2023 20:09
1 171
“Qarabağ”a şad xəbər: “Braqa”nın bombardiri “Ştutqart” yolunda

“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Braqa” əsas hücumçusunu itirə bilər.

İdman.biz xəbər verir ki, Saymon Banza “Ştutqart”ın maraq dairəsinə düşüb.

Konqo yığmasının üzvünün gələcəyi “Ştutqart”dan asılıdır. Alman təmsilçisinin forvardı Seru Qirassi “Mançester Yunayted”in transfer siyahısına daxil olub. Əgər bu keçid reallaşarsa “şvabiyalılar” Saymonu onun əvəzedicisi kimi heyətə qatmaq niyyətindədirlər. Artıq tərəflərin danışıqlara başladığı və “Ştutqart”ın Banzaya görə 10 milyon avro ödəməyə hazır olduğu xəbərləri yayılıb.

Konqolu forvardın Portuqaliya təmsilçisi ilə 2027-ci ilin yayınadək müqaviləsi var. Müqavilədə 40 milyon avroluq xitam maddəsi yer alıb. Bu mövsüm Portuqaliya liqasında 14 oyunda 13 qol vuran Banza bombardirlər siyahısına başçılıq edir. Qol duyumu yüksək forvardın “Qarabağ”la qarşılaşmalarda təmsilçimizə çətin anlar yaşadacağı qaçılmazdır. Maraqlı fakt, Saymonun bu mövsümdə Avropa kuboklarında fərqlənə biləməməsidir. O, Çempionlar Liqasının nə pley-off, nə qrup mərhələsində rəqib qapılarına yola tapa bilməyib.

Qeyd edək ki, “Qarabağ”la “Braqa” arasında ilk oyun fevralın 15-də səfərdə baş tutacaq. Cavab qarşılaşması isə 1 həftə sonra Bakıda keçiriləcək.

Emin Ağa
İdman.biz