“Qarabağ” klubunun əvəzedici komandasında çıxış etmiş Elvin Nəsibov İkinci Liqa təmsilçisi “Xankəndi” ilə anlaşıb.
İdman.Biz xəbər verir ki, bu barədə “Xankəndi” Futbol Klubu məlumat yayıb.
Bildirilib ki, son olaraq “Şəfa”nın formasını geyinən hücumçu ilə müqavilə imzalanıb.
Qeyd edək ki, Elvin Nəsibov karyerası ərzində “Kəpəz” və MOİK-in də formasını geyinib.
