Azərbaycan kubokunda İLK

Xəbərlər
22 Dekabr 2023 15:24
Azərbaycan kubokunda İLK

“Səbail” Azərbaycan kuboku tarixində ilkə imza atıb.

İdman.biz xəbər verir ki, Şahin Diniyevin yetirmələri iki ardıcıl oyunda fərqli rəqiblərin qapısına 6 və ya daha çox qol vurmağı bacaran ilk komanda olub.

Bakı klubu II təsnifat mərhələsində “Şəfa”nı 7:0, 1/8 finalda isə “Şamaxı”nı 6:0 hesabı ilə məğlub edib. 1992-ci ildən keçirilən Azərbaycan Kubokunda bunadək yalnız üç komanda ardıcıl iki oyunda 6 və ya daha çox qol vurub.

Lakin həmin komandalar eyni rəqiblə mərhələnin hər iki matçında məhsuldarlıq göstərib. 2003/04 mövsümündə “Şəfa” “Lider-Qarabağ”ı (14:0, 8:1), dörd il sonra “Gənclərbirliyi” “Ədliyyə”ni (6:1, 6:0), növbəti turnirdə “Simurq” Quba “Şahdağ”ını (7:1, 8:0) iki dəfə məğlubiyyətə uğradıb.

İdman.biz