Azərbaycan kubokunda 15 mövsümün mütləq rekordu vurulub

Xəbərlər
22 Dekabr 2023 15:05
Azərbaycan kubokunda 15 mövsümün mütləq rekordu vurulub

Azərbaycan kubokunun 1/8 final mərhələsinin “İrəvan” – “Araz-Naxçıvan” qarşılaşması 10 qolun vurulması ilə əlamətdar olub.

İdman.biz xəbər verir ki, bu, ölkə kuboku tarixində 10 və ya daha çox qolun qeydə alındığı ümumilikdə 15-ci matçdır.

1992-ci ildən keçirilən yarışda bunadək 14 belə yüksək məhsuldarlıq yaşanıb.

Son 15 mövsümdə isə ilk dəfə bir qarşılaşmada 10 qol vurulub. Sonuncu belə məhsuldar görüş 2008/09 mövsümündə baş tutub. 2008-ci il oktyabrın 30-da “Bakı” “Qafqaz Universiteti”nin qapısından 10 cavabsız top keçirib.

Qeyd edək ki, "İrəvan" bu matçda 2:8 hesabı ilə məğlub olub.

İdman.biz