“Turan Tovuz” “Aston Villa”nın yetirməsini heyətinə qatıb

Xəbərlər
24 Yanvar 2026 23:55
46
“Turan Tovuz” “Aston Villa”nın yetirməsini heyətinə qatıb

“Aston Villa”nın yetirməsi olan ingiltərəli futbolçu Coş Cinnelli “Turan Tovuz”a transfer olunub.

İdman.Biz bildirir ki, oyunçu ilə 1,5 + 1 illik müqavilə bağlanıb.

Son olaraq İngiltərə Çempionşipində mübarizə aparan “Suonsi”nin formasını geyinmiş 28 yaşlı hücumçu, karyerası ərzində vətənində “Şrusberi”, “Bernli”, “Altrinhem”, “Linkoln”, “Tranmer”, “Uolsol”, “Preston”, “Bristol Rovers”, Şotlandiyada isə “Harts”ın şərəfini qoruyub.

İdman.Biz