Qurban Qurbanov: “Bəzi matçlarda görmədiyimiz intizamı gördük”

Xəbərlər
22 Yanvar 2026 01:09
57
Qurban Qurbanov: “Bəzi matçlarda görmədiyimiz intizamı gördük”

“Liverpula böyük inamla yollanacağıq. Orada oynamaq bütün komandalar üçün çətindir”.

İdman.Biz bildirir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsində “Ayntraxt Frankfurt”la oyundan sonrakı mətbuat konfransında deyib.

Oyun 3:2 hesabı ilə “Qarabağ”ın qələbəsi ilə yekunlaşıb.

“Qələbə münasibəti ilə azarkeşlərimizi təbrik edirəm. Bu qalibiyyət onların haqqı idi. Belə soyuq havada komandaya dəstək oldular. Bəlkə də azarkeşlər bu qələbəni bizdən çox istəyirdilər. Təbii ki, futbolçularımı da təbrik edirəm. Meydanda intizamlı oyun var idi. Hətta, deyərdim ki, bəzi matçlarda görmədiyimiz intizamı gördük. Azərbaycan futbolu adına çox sevinirəm”, - Qurbanov bildirib.

Baş məşqçi növbəti turda “Liverpul”a qarşı keçirəcəkləri oyun barəsində də danışıb:

“Liverpula böyük inamla yollanacağıq. Orada oynamaq bütün komandalar üçün çətindir. İngiltərənin ən köklü klublarından birinə qarşı çıxış edəcəyik. Futbolçularımdan çəkinmədən mübarizə aparmalarını istəyəcəm. Onların azarkeşləri çox aqressiv və davakardırlar. İnanıram ki, futbolçularım İngiltərədə ən azı bugünkü oyunun davamını gətirəcəklər”.

İdman.Biz
Məqalədə: