Aqil Abbas: “Qarabağ” “Braqa”nı darmadağın edəcək”

Müsahibə
21 Dekabr 2023 18:13
214
Aqil Abbas: “Qarabağ” “Braqa”nı darmadağın edəcək”

“Bizim üçün bundan gözəl sevinc ola bilməz. Əsas odur ki, torpaqlarımız işğaldan azad edildi. Xankəndi şəhərində yenidən biz varıq”.

Bunu İdman.biz saytına Milli Məclisin deputatı Aqil Abbas Azərbaycan Kubokunun 1/8 final mərhələsində Xankəndində “Qarabağ” - MOİK qarşılaşmasından (1:0) sonra deyib.

O bildirib ki, uzun illərdən sonra yenidən Xankəndi şəhər stadionunda futbol oynamaq böyük qələbədir: “Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz burada doğulmuşuq və bura bizimdir. Xankəndi bizimdir. Üç gündən sonra İlham Əliyevin ad günüdür, o bizə bu münasibətlə şəhərimizi və stadionu hədiyyə etdi. Futbolçularımız da qarşılıq olaraq gözəl oyun nümayiş etdirdilər”.

Aqil Abbas Avropa Liqasının pley-offunda Azərbaycan çempionunun Portuqaliya “Braqa”sı ilə oyunu da dəyərləndirib. O bildirib ki, Ağdam təmsilçisi rəqibini darmadağın edəcək.

Qeyd edək ki, “Qarabağ” “Braqa” ilə gələn il fevralın 15-də səfərdə, 1 həftə sonra evdə oynayacaq.

İdman.biz