Rumıniyalı məşqçi: “Qarabağ” güclü rəqiblərə qarşı üstün futbol oynaya bilir”

Xəbərlər
19 Yanvar 2026 13:07
47
Rumıniyalı məşqçi: “Qarabağ” güclü rəqiblərə qarşı üstün futbol oynaya bilir”

“Qarabağ” üçün məncə, bir qələbə pley-offa yüksəlməyə bəs edəcək”.

Bu sözləri rumıniyalı məşqçi Adrian Skarlatake deyib.

Vaxtilə Azərbaycanda “Xəzər Lənkəran” və “Zirə”də oynamış keçmiş müdafiəçi “Qarabağ”ın Çempionlar Liqasındakı oyunlarını izlədiyini deyən mütəxəssis komandanın çıxışından və şanslarından danışdı.

“Qarabağ” üçün məncə, bir qələbə pley-offa yüksəlməyə bəs edəcək. Onların builki ÇL oyunlarını izləmişəm və çox yaxşı performans göstəriblər. “Qarabağ” güclü rəqiblərə qarşı üstün futbol oynaya bilir. Məsələn, “Ayaks”la oyunda kifayət qədər yaxşı olsalar da, bəxtləri gətirmədi. Xal qazanmağa çox yaxın idilər. Buna baxmayaraq, yenə ümid var və komandanın stabil çıxışı pozitiv düşünməyə əsas verir”, - deyə o, futbolpress.az-a açıqlamasında deyib.

İdman.Biz