“ASTA Mingəçevir” yeni transferlər edəcək

Xəbərlər
16 Yanvar 2026 16:29
36
“ASTA Mingəçevir” yeni transferlər edəcək

“ASTA Mingəçevir” futbol klubu hazırlıq prosesinin növbəti mərhələsinə start verir.

İdman.Biz xəbər verir ki, 16-21 yanvar tarixi aralığında Bakıda keçiriləcək təlim-məşq toplanışı çərçivəsində futbolçuların fiziki və taktiki hazırlığına xüsusi diqqət yetiriləcək.

Bildirilib ki, heyətdə yenilənmə prosesi də paralel olaraq davam edir. Hazırda klub yeddi futbolçu ilə yollarını ayırıb.

Eyni zamanda beş yeni futbolçu ilə ilkin müqavilə imzalanıb. Bundan əlavə, bir neçə oyunçu ilə danışıqlar son mərhələdədir. Yeni transferlərin adları yaxın günlərdə ictimaiyyətə rəsmi şəkildə açıqlanacaq.

İdman.Biz