Xankəndi stadionunda Qurban Qurbanov qüruru - FOTO

Xəbərlər
21 Dekabr 2023 13:29
239
Xankəndi stadionunda Qurban Qurbanov qüruru - FOTO

Azərbaycan kubokunda 1/8 final mərhələsi çərçivəsində Xankəndidə tarixi oyuna çıxacaq “Qarabağ” və Mərkəzi Ordu İdman Klubu (MOİK) matçdan öncə isinməmək üçün arenaya çıxıblar.

İdman.biz xəbər verir ki, futbolçuların müstəqillik illərində stadiona ilk ayaq basması alqışlarla qarşılanıb və maraqlı anlarla yadda qalıb.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov stadiona qürurla çıxıb. Onun arenada sevinci də diqqət çəkib.

Qeyd edək ki, minlərlə azarkeşin izləyəcəyi tarixi görüş saat 14:00-da başlanacaq və qarşılaşmanı “CBC Sport” canlı yayımlayacaq.

İdman.biz