Azərbaycan kuboku: “Neftçi” böyük hesabla 1/4 finalda - VİDEO

Xəbərlər
21 Dekabr 2023 19:56
446
Azərbaycan kuboku: “Neftçi” böyük hesabla 1/4 finalda - VİDEO

Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinə yekun vurulub.

İdman biz xəbər verir ki, mərhələnin son oyunu Bakıda baş tutub.

“Neftçi” doğma meydanda “Qaradağ Lökbatan”ı qəbul edib. Baş məşqçi Adrian Mutusu meydana çıxan “ağ-qaralar” birinci hissədə rəqib qapısına 1 dəfə yol tapıblar. Fasilədən sonra da üstün oynayan meydan sahibləri rahat qələbə qazanıblar. "Neftçi" 4:0 hesabı ilə qalib gəlib.

Azərbaycan kuboku
1/8 final
21 dekabr (cümə axşamı)
18:00. “Neftçi” – “Qaradağ Lökbatan” - 4:0
Qollar:
Aaron Olanare, 23 (pen.). Murad Qayalı, 72 (öz qapısına), Yeqor Boqomolski, 77. Andre Şinyaşiki, 80.
Baş hakim: Kamran Əliyev
"Neftçi": 93. Rza Cəfərov, 14. Eddi İsrafilov (k), 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 7. Azər Əliyev, 21. İsmayıl Zülfüqarlı, 22. Reziuan Mirzov, 4. Mark Tamaş, 6. Dieqo Valdes, 25. Aaron Olanare, 9. Andre Şinyaşiki.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 95. Rəvan Kazımov, 10. Filip Ozobiç, 8. Emin Mahmudov, 19. Azər Salahlı, 26. Ömər Buludov, 28. Turan Vəlizadə, 16. Lukas Melano, 99. Ervin Koffi, 44. Yuri Matias, 11. Kilan Lebon, 77. Yeqor Boqomolski.
Məşqçi: Alin-Nicolae Çita.
"Qaradağ Lökbatan": 25. Əmrah Zülfüqarlı, 8. Ürfan İsmayılov (k), 5. Murad Qayalı, 6. Xəyal Tomarov, 17. Kənan Cəfərov, 7. Sultan Mustafayev, 33. Fərid Mahmudov, 44. Cavidan Rəhimli, 9. Xəlil Bəşirov, 11. Seyxan Fərəcov, 15. Mehdi Tahirov.
Ehtiyat oyunçular: 90. Cavidan İzzətli, 21. Novruz Məmmədov, 77. Sərxan Abdullayev, 88. Tunar Mütəlimov, 22. Mehman Məsimov, 3. İsa İsayev, 4. Asif Məmmədov, 27. Mircamal Əlizadə, 19. Mehdi Həşumov.
Baş məşqçi: Azər Həşimov.
“Neftçi Arena”

Qeyd edək ki, mərhələnin əvvəlki 3 günündə 1/4 finalın 3 cütü dəqiqləşib. Yarımfinala vəsiqə uğrunda “Səbail” “Zirə”ni, “Araz-Naxçıvan” “Qəbələ”ni, "Sabah" "Qarabağ"ı sınağa çəkəcək.

İdman.biz