Azərbaycan Respublikası Audiovizual Şurasında “Neftçi TV” kanalının fəaliyyəti müzakirə olunub.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Audiovizual Şurası məlumat yayıb.
Bildirilib ki, kanal aldığı peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasına uyğun olaraq son bir il ərzində internet üzərindən davamlı yayım təşkil edə bilməyib.
Bu səbəbdən Audiovizual Şura tərəfindən “Neftçi Media” MMC-yə bir neçə dəfə bildiriş göndərilib və xəbərdarlıqlar edilib.
Nəticədə “Neftçi Media” MMC yayım imkanlarının olmaması ilə bağlı lisenziyanın ləğvi üçün Audiovizual Şuraya müraciət edib. Müraciət nəzərə alınaraq, Şura “Neftçi TV” kanalı üçün “Neftçi Media” MMC-yə verilmiş peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasını ləğv edib.
