“Kəpəz”dən sərt xəbərdarlıq: “Müvafiq qurumlara şikayət edəcəyik”

Xəbərlər
8 Yanvar 2026 14:18
66
“Kəpəz”dən sərt xəbərdarlıq: “Müvafiq qurumlara şikayət edəcəyik”

“Kəpəz” futbolçusu Cefferson Bentunun komandanın düşərgəsinə qayıtmamasına münasibət bildirib.

Bu barədə Gəncə təmsilçisinin Media və Marketinq departamentinin direktoru Gəray Qiyasov məlumat verib.

O, məsələ ilə bağlı bunları deyib.

“Açığı, səbəb tam olaraq bizə bildirilməyib. Bu məsələni həll etməyə, oyunçunu komandaya qaytarmağa çalışırıq. Amma gəlməsə, öhdəliklər yerinə yetirilməsə biz də futbolçudan müvafiq qurumlara şikayət edəcəyik”, - deyə sport24.az-a açıqlamasında deyib.

Qeyd edək ki, braziliyalı mərkəz müdafiəçisi cari mövsümdə “Kəpəz”in heyətində 16 oyuna çıxıb. Onun “sarı-göylər”lə müqaviləsi bu ilin yayında başa çatır.

İdman.Biz