“Araz-Naxçıvan”ın yoxlama oyununun tarixi dəyişdirilib

Xəbərlər
7 Yanvar 2026 16:18
53
“Araz-Naxçıvan”ın yoxlama oyununun tarixi dəyişdirilib

Hazırlığını gündə iki məşqlə davam etdirən “Araz-Naxçıvan”ın fasilədə keçirəcəyi ilk yoxlama oyununun tarixi dəyişdirilib.

İdman.Biz xəbər verir ki, bu barədə Araz-Naxçıvan Peşəkar Futbol Klubu məlumat yayıb.

Bildirilib ki, klubun əvəzedici komandası ilə qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi yanvarın 9-da deyil, bir gün sonra – ayın 10-da baş tutacaq və saat 15:30-da başlayacaq.

Komanda növbəti görüşünü isə yanvarın 14-də, saat 15:00-da “Qəbələ”yə qarşı keçirəcək.

Hər iki matç Bakı Olimpiya Stadionunun ehtiyat meydanında baş tutacaq.

İdman.Biz