Elmar Baxşıyev qolun gec vurulma səbəbini açıqlayıb

Xəbərlər
19 Dekabr 2023 20:13
206
Elmar Baxşıyev qolun gec vurulma səbəbini açıqlayıb

“Üstünlük bizdə olsa da, son nöqtəni qoymaqda çətinlik çəkirdik”.

İdman.biz xəbər verir ki, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev deyib.

“Qəbələ” Azərbaycan kubokunun 1/8 finalında “İmişli”ni mübarizədən kənarlaşdırıb. Komanda qələbə qolunu 90+3-cü dəqiqədə vurub. Baxşıyev yaradılan çoxlu qol vəziyyətləri yaratsalar da, dəqiq olmadıqlarını bildirib: “Komanda əzmini göstərdi, son dəqiqələrədək istəyindən əl çəkmədi və istədiyi qolu vurdu. Birinci liqa klubları ilə görüşlərdə üstün oynasan da, meydanda mübarizə gedir. Çünki onlar da istəklidirlər, çox sayla müdafiə olunurlar. Bu tip oyunlarda yaratdığın hər epizodu dəyərləndirməlisən. Bunu etmədikcə rəqib daha özünə güvənli oynayır. Düşünürəm ki, üstünlüyümüz var idi. Matçın belə çətin keçməsinə səbəb yaratdığımız epizodları dəyərləndirməməyimiz idi. Əlavə vaxta da hazır idik. Bütün dünyada 1-ci liqa komandaları da yüksək dəstə klublarına qalib gəlir. “İmişli”ni təbrik edirəm. Yaxşı, mübariz komandadır. Onlara uğurlar arzulayıram”.

İdman.biz