Rumıniyanın FCSB klubu qış hazırlıq toplanışında “Qarabağ”la yoxlama oyunu keçirməkdən imtina edib.
İdman.Biz-in məlumatına görə, Türkiyədə keçiriləcək təlim-məşq toplanışında FCSB yalnız bir yoxlama matçı (yanvarın 16-da “Beşiktaş”la) keçirməyi planlaşdırıb.
Komandanın meneceri Mihay Stoyka “Prima Sport”a açıqlamasında “Qarabağ”dan oyun təklifi aldıqlarını təsdiqləyib.
“Qarabağ” bu gün bizdən onlarla oynamaq istəyib-istəmədiyimizi soruşdu, amma onlar oyun əhval-ruhiyyəmizi aşağı sala bilərlər. Onlar yanvarın 12-də oynamaq istəyirdilər, amma biz 16-da oynayırıq.
“Beşiktaş”la “Gloria Sports Arena”da oynayacağıq. Bu, ilk dəfə deyil. Əvvəllər onlarla məşq bazası paylaşmaq şərəfinə nail olmuşuq. Türklərin orada etdikləri möhtəşəm bir şeydir”, - Stoyka deyib.
“Qarabağ” yanvarın 10-dan 17-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq.
