Qurban Qurbanov: “Braqa"nın Avrokuboklarda qəliz rəqiblərdən olduğu bilinir”

Xəbərlər
18 Dekabr 2023 23:34
Qurban Qurbanov: “Braqa"nın Avrokuboklarda qəliz rəqiblərdən olduğu bilinir”

“Portuqaliya klubları avrokuboklara çox ciddi yanaşırlar. Onlardan biri bizə rəqib oldu. Bizim üçün böyük təcrübə olacaq”.

İdman.biz xəbər verir ki, bunu Avropa Liqasının pley-off mərhələsinin püşkatması ilə bağlı danışan Qurban Qurbanov deyib.

“Qarabağ”ın baş məşqçisi “Potensial rəqiblərin hər biri ciddi idi. “Braqa”nı yaxından tanımırıq. Sadəcə, həmişə avrokuboklarda qəliz rəqiblərdən olduğu bilinir. Dinamik, texnikalı oyunçuları var. Yaxşı oyun, yaxşı futbol göstərən komandadır. Hələ qarşıda 1-2 ay vaxtımız var. Rəqibi ətraflı təhlil etməyə çalışacağıq. Nəticəni indidən düşünmək mənim üçün düzgün olmaz. Şansımız varsa, bundan maksimum istifadə edəcəyik. Futbol indi elə səviyyəyə çatıb ki, bəzən evdə ilk oyunu keçirmək daha sərfəlidir. Bu amil böyük rəqiblər üçün o qədər də əhəmiyyət kəsb etmir”.

Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının pley-off mərhələsinin ilk oyununu fevralın 15-də səfərdə keçirəcək. Cavab görüş bir həftə sonra Bakıda olacaq.

İdman.biz