Samir Abbasov: “Oyunçularımın boş oynaması məni əsəbləşdirdi”

Xəbərlər
18 Dekabr 2023 21:19
185
Samir Abbasov: “Oyunçularımın boş oynaması məni əsəbləşdirdi”

“Karvan" da yaxşı oyun nümayiş etdirdi. Komanda sona qədər intizamı saxladı. Qarşıda "Səbail"lə matçımız var. Buna hazırlaşacağıq”.

İdman.biz xəbər verir ki, bunu “Sumqayıt”ın baş məşqçisi Samir Abbasov deyib.

Ölkə kubokunun 1/8 finalında “Karvan”ı məğlub edən komandanın çalışdırıcısı futbolçuların çıxışından narazı qalıb. Abasov bəzi oyunçuların onu əsəbləşdirdiyini bildirib: “Rəqibdən daha çox futbolçularım əsəblərimlə oynadı. Daha diqqətli oynayıb, matçı bitirə bilərdik. Rəqibin əks-hücumda oynaması normaldı. Bəzi oyunçularımın boş oynaması məni əsəbləşdirdi. Ümumi götürəndə oyun nəzarətimiz altında idi. Əsas odur ki, nəticəni 90 dəqiqədə qazandıq".

Qeyd edək ki, "Sumqayıt" Azərbaycan kubokunun 1/8 finalında "Karvan"ı 3:1 hesabı ilə məğlub edib.

İdman.biz