“Araz-Naxçıvan” futbol klubu baş məşqçi Zaur İsmayılov və məşqçi Cavid Hüseynovla yollarını ayırıb.
İdman.Biz xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Hər iki mütəxəssisin müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.
Qeyd edək ki, Zaur İsmayılov və Cavid Hüseynovun “Araz-Naxçıvan”dakı fəaliyyəti bundan əvvəl də baş məşqçi məsələsi və UEFA PRO kateqoriyası ilə bağlı müzakirələrə səbəb olub. Avqust ayında klub lisenziyalaşdırma qaydalarının tələblərini yerinə yetirmək üçün UEFA PRO kateqoriyasına sahib Zaur İsmayılovu rəsmi baş məşqçi təyin edib, komandanın nəticələrinə, məşq və oyunlarının idarə olunmasına cavabdehliyi isə Cavid Hüseynova həvalə etmişdi. Bu qərar mətbuatda geniş müzakirə olunub, iki məşqçinin səlahiyyətlərinin bölüşdürülməsi ilə bağlı suallar gündəmə gəlmişdi.
