“Neftçi”nin futbolçusu Benin millisindən dəvət aldı

21 Sentyabr 2026 15:47
29
“Neftçi”nin futbolçusu Benin millisindən dəvət aldı

“Neftçi”nin futbolçusu Sessi Dalmeyda Afrika Millətlər Kubokunun seçmə mərhələsində mübarizə aparan Benin milli komandasına dəvət olunub.

İdman.Biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Benin seçməsi sentyabrın 25-də Burkina Faso, 29-da Mavritaniya yığması ilə üz-üzə gələcək. Oktyabrın 6-da isə komanda Argentina ilə yoldaşlıq matçına çıxacaq.

Qeyd edək ki, Sessi Dalmeyda Benin milli komandasının heyətində 46 matça çıxıb və bir qol vurub.

İdman.Biz