Avropa Liqası: “Qarabağ”ın rəqibi bəlli olub - YENİLƏNİB

Xəbərlər
18 Dekabr 2023 16:18
2 753
Avropa Liqası: “Qarabağ”ın rəqibi bəlli olub - YENİLƏNİB

UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.

İdman.biz xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ”ın da rəqibi müəyyənləşib.

İsveçrənin Nyon şəhərində baş tutan püşkə əsasən Qurban Qurbanovun komandası Portuqaliya “Braqa”sı ilə qarşılaşacaq. Ağdam təmsilçisi ilk oyunu səfərdə, cavab matçını Bakıda keçirəcək.

Avropa Liqası

1/16 final
“Feyenoord” (Niderland) - “Roma” (İtaliya)
“Milan” (İtaliya) - “Renn” (Fransa)
“Lans” (Fransa) - “Frayburq” (Almaniya)
“Yanq Boyz” (İsveçrə) - “Sportinq” (Portuqaliya)
“Benfika” (Portuqaliya) - “Tuluza” (Fransa)
“Braqa” (Portuqaliya) – “Qarabağ” (Azərbaycan)
“Qalatasaray” (Türkiyə) - “Sparta Praqa” (Çexiya)
“Şaxtyor” (Ukrayna) - “Marsel” (Fransa)

Qeyd edək ki, Avropa Liqasının pley-off mərhələsi 2024-cü ildə baş tutacaq. İlk oyunlar fevralın 15-də, cavab görüşləri 22-də keçiriləcək.

İdman.biz