Şahin Diniyev: “Məğlubiyyət o demək deyil ki, şanslar qalmayıb”

Xəbərlər
11 Dekabr 2025 22:14
41
Şahin Diniyev: “Məğlubiyyət o demək deyil ki, şanslar qalmayıb”

Dekabrın 10-da “Qarabağ” Çempionlar Liqasının altıncı turunda Bakıda “Ayaks”la qarşılaşıb.

İdman.Biz bildirir ki, Ağdam klubu niderlandlılara uduzub – 2:4.

Millinin sabiq məşqçisi Şahin Diniyev “Futbolpress.az“a açıqlamasında oyunu dəyərləndirib: “Hamı kimi məyusam. “Qarabağ” üçün yaxşı şans var idi. “Ayaks”ı keçmək olardı, amma alınmadı. Lakin məğlubiyyət o demək deyil ki, şanslar qalmayıb. Düzdür, bu oyunda qələbə olsaydı, indi fərqli şeylərdən danışardıq. “Ayaks”ın əsas oyunçuları olmasa da, gəncləri özlərini sübut etmək istəyirdi. “Ayaks”da oyunçuların kimliyinin fərqi yoxdur”.

Mütəxəssis Ağdam klubunun son dəqiqələrdə üstünlüyü əldən verməsinə toxunub: “Qarabağ” 70-80 dəqiqə yaxşı oynadı. Təəssüf ki, son dəqiqələrdə üstünlük əldən verildi. Təəssüflənirik, amma nəzərə alaq ki, “Qarabağ” yaxşı işlər görüb. Çempionlar Liqasında 7 xal toplamaq asan iş deyil. Həm də şanslar hələ də davam edir”.

Diniyev Nəriman Axundzadənin oyunundan da söz açıb: “Məğlubiyyətə səbəb əvəzetmə deyil. Belə olduğunu düşünmürəm. Sadəcə meydança ağır idi, “Qarabağ” da çox güc sərf etmişdi. “Ayaks”ın gənc heyəti var, onların dinamikliyi və sürəti artırması təzyiq yaratdı. “Qarabağ”ın belə yorğunluğu gözlənilən idi”.

İdman.Biz