Ağdamın “Qarabağ” klubu Çempionlar Liqasının VI turunun oyunu ərəfəsində təlim-məşq toplanışı keçirib.
İdman.Biz-in məlumatına görə, komandanın media nümayəndələri üçün açıq məşqi baş tutub.
Qeyd edək ki, dekabrın 10-da UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turu çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Ayaks” oyunu saat 21:45-də başlayacaq.
Əməkdaşımızın hazırlıq prosesindən lentə aldığı görüntüləri təqdim edirik:
Foto: İslam Atakişiyev
