“Komanda hər zaman qələbə üçün oynayır”.
İdman.Biz bildirir ki, bunu “Kəpəz”in oyunçusu Luis Paçu deyib.
Braziliyalı futbolçu futbolinfo.az-a açıqlamasında “Turan Tovuz”a qarşı Azərbaycan Kubokunun ¼ final oyunu barəsində də danışıb.
“Növbəti mərhələyə yüksəlmək mümkündür və biz bunun üçün mübarizə aparacağıq”, - Paçu deyib.
Xatırladaq ki, ilk matç 1:0 hesabı ilə “Turan Tovuz”un xeyrinə qurtarıb. Komandalar arasında cavab oyunu martın 5-də olacaq.
“Sumqayıt”la Azərbaycan Premyer Liqasının son oyununda (3:0) iki qol vurmuş Paçu hər zaman qələbə üçün oynadıqlarını deyib.
“Komanda hər zaman qələbə üçün oynayır və bu oyun da istisna olmadı. Çox çalışdıq və zəhmətimizin bəhrəsini gördük.
Mən komandaya kömək etməyə fokuslanmışam. Özümü yaxşı hiss edirəm və komanda yoldaşlarımla birlikdə oyun səviyyəmizi qorumağa çalışacağıq. İnanıram ki, bunu bacaracağıq.
Qələbə hər zaman müsbət təsir göstərir və istənilən komandaya inam verir. Son oyun da bizə əlavə özünəinam qazandırdı və bunu qorumağa çalışacağıq”.
